Azərbaycan Servisi/Aran Agentliyi
Bundan sonra Azərbaycanın bütün məscidlərində cümə namazı qılınmalıdır.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin 12-ci qurultayında şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Bütün Qafqazın şeyxinin sözlərinə görə, indiyədək müxtəlif səbəblərdən bu belə deyildi. Amma artıq məsçidlərə tövsiyə olunur ki, ölkədə cümə namazının qılınmasına əməl etsinlər.