İnsidentlə əlaqdar Tümen-Bakı marşrutu üzrə hərəkət edən qatarın hərəkəti dayandırılıb
Azərbaycan Servisi/Aran Agentliyi
Avqustun 13-də axşam saat 18.00 radələrində Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Maxaçqala şəhərindən cənubda Rostov-Bakı dəmiryolunda partlayıcı qurğu aşkar edilib. “İnterfaks” agentliyinin məlumatına görə, partlayıcı qurğu dərhal zərərsizləşdirilməyə başlanıb, amma qaranlığın düşməsi ilə bağlı olaraq işlər dayandırılıb. Dəmiryoluna quraşdırılmış bomba 12 litrlik üzərinə sink çəkilmiş verdəyə atılmış partlayıcı maddədən ibarətdir.
Bu gün isə Dağıstan Respublikasının əməkdaşları bombanın zərərsizləşdirilməsini davam etdirilər. İnsidentlə əlaqədar dəmiryolunun həmin istiqamətində qatarların hərəkəti dayandırılıb. Maxaçqala dəmiryolu vağzalından verilən məlumata görə, baş vermiş hadisə ilə əlaqədar Türmen-Bakı marşrutu üzrə hərəkət edən qatarın hərəkəti bir neçə saat gecikir.