Tarix : 2009 Aug 15
Kod 13456

Tehranın cümə namazının xütbələri

Tehranın müvəqqəti imam cüməsi Ayətullah Seyid Əhməd Xatəmi vurğulayıb dirki , İran xalqı Vilayət Fəqihin yolunda olmaqla islamı quruluş və inqilabı düşmənlərin fitnələri qarşısında sığorta edibdir
İİR Servisi/Aran Agentliyi

Tehranın müvəqqəti imam cüməsi Ayətullah Seyid Əhməd Xatəmi vurğulayıb dirki , İran xalqı Vilayət Fəqihin yolunda olmaqla islamı quruluş və inqilabı düşmənlərin fitnələri qarşısında sığorta edibdir.
Tehranın cümə namazı xitabətçisi 12 iyun İranın 10-cu prezident seçkilərindən sonrakı iğtişaşlarda bəzi xarici səfirliklər o cümlədən İngiltərə və Fransa səfirliklərinin müdaxilələrinə işarə edərək deyib: öz ölkəsində daxili narazılıqları vəhşicəsinə repressiyaya məruz qoyan Fransa dövləti indi bizim ölkəmizdə insan haqlarına can yandıran olubdur.
İranın rəhbərlik üzrə xübregan məclisinin üzvü , həmçinin İranın son iğtişaşlarında fəal iştiraka malik olmuş xarici səfirliklərin ünsürləri haqda Avropa birliyinin son bəyanatına işarə edərək İİR-nın məhkəmə hakimiyyətinin bu cür qarşısında müqavimət göstərməsini istədi.
Ayətullah Xatəmi , həmçinin Amerika dövlət katibinin İranda iğtişaşçıları himayə və gücləndirmək zərurəti üzrə müdaxiləçi sözlərini pisləyib və məzəmmət edərək deyib: İran xalqının Amerikaya ölüm şüarı da elə rəsmi Vaşinqtonun bu cinayətləri və müdaxilələrin görədir.
Tehranın cümə namazının xitabətçisi İran dövləti və xarici işlər nazirliyindən istəyibdir ki , hegemon qüdrətlərlə elə davransınlar ki , onlar İran xalqından üzr istəməyə məcbur olsunlar.
Tehranın bu həftə ki , imam cüməsi eyni halda İranda 10-cu prezident seçkiləri üzrə namizədlərindən birinin iddia etdiyi məktubu yalan adlandıraraq deyib : İranın İslamı Şura Məclisinin təhqiqat komitəsi qeyd edilən məktubda ortaya atılan iddiaları araşdırıb və onları ağ yalan adlandırıb.

  • Yazılıb
  • da (də) 2009 Aug 15