Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərin Türkiyənin NTV televiziyasına istinadən verdiyi məlumata görə, Pakistanın cənub-qərbində Belucistan əyalətinin paytaxtı Keuttada Pişəvər əyalətinə gedən bir avtobusda aparılıan yoxlama zamanı 30-a yaxın şəxs "Əl-Qaidə" ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıblar. Qeyd edək ki, saxlanılanlardan 11-nin Azərbaycan vətəndaşı olduğu bildirilir. Məlumata görə, aralarında 7 kişi, 5 qadın, 4 uşaq olan 16 nəfər isə Türkiyə vətəndaşıdır.