Təbrizin İmam Cüməsi xütbəsində İrandakı prezident seçkilərdindən sonra yaranan ixtişaşlara xüsusi diqqət ayırıb
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin xəbərinə görə İranın Təbriz şəhərinin İmam Cüməsinin açıqlamaları İranın qəzet manşetlərinə çıxıb.
Bu cümə namazının İmaməti Ayətullah Şəbistəri tərəfindən icra edilib.
Farsnyusun verdiyi məlumata görə Təbrizin İmam Cüməsi xütbəsində İrandakı prezident seçkilərdindən sonra yaranan ixtişaşlara xüsusi diqqət ayırıb.
Onun sözlərinə görə həbs edilənlərin etirafları bunu deməyə əsas verib ki, İranda məxməri inqilab üçün zəminə hazırlayıblar.
Həmçinin Ayətullah Şəbistəri xarici qüvvələrin ixtişaşlarda əli olması faktı da artıq həbs edilənlər tərəfindən etiraf edilib.
O həmçinin hələ qərb ölkəlrəinin İslamın nizamına zərbə vurmaq üçün vaxt axtardığını və bunun üçün hər kəsin İslam inqilabını qorumalı olmasını önə çəkib.
İrandakı ixtişaşçıları dəstəkləyən ABŞ, İngiltərə və digər ölkələrin çirkin üzünün artıq orta çıxdığını bildirən Ayətullah Şəbistəri sonda Ramazan ayının gəlişi ilə bağlı təbrizliləri bu mübarək aydan faydalanmağa çağırıb.