Tarix : 2009 Aug 17
Kod 13499

DÖRDÜNCÜ BEYNƏLXALQ RƏZƏVİ ŞER FESTİVALI

.
İİR Servisi/Aran Agentliyi
Həzrət İmam Rza(əs)-ın səadətli mövludu münasibətilə hər il olduğu kimi bu il də İran İslam Respublikasında ümum ölkə miqyasında keçirilən İmam Rza(əs) adına mədəniyyət və incəsənət festivalları çərçivəsində Qərbi Azərbaycan ostanının mərkəzi Urmiyə şəhərində də türkcə şer festivalı keçiriləcək.
FESTİVALIN MƏQSƏDLƏRİ:
1- Nurlu rəzəvi mədəniyyətini nəşr etmək və ona rəvac vermək .
2- Əhli Beyt(əs) ilə əlaqədar dini və mədəni fəaliyyətləri həm də incəsənətin müxtəlif sahələrindəki faxir əsərləri inkişaf etdirmək.
3- Əhli Beyt(əs), ələlxüsus İmam Rza(əs)-a əsərlər həsr edən sənətkar , yazıçı və şairləri təltif edib , mükafatlandırmaq.
4- Əhli Beyt(əs)-a həsr olunmuş əsərləri tanıtdırmaq və həmin əsərlərin tanınmasına yardımçı olmaq .
MÜKAFATLAR VƏ HƏDİYYƏLƏR :
Əsərləri seçilmiş şairləri 600 dollar pul, şərəf lövhəsi , festivalın xüsusi nişanı və İmam Rza(əs)-ın pak hərəminin ziyarətinə nail olma kimi mükafatlar gözləyir .

Əsərlərinizi sentyabrın 22-dək aşağıdakı ünvanlara göndərib yaxud email və fəks edə bilərsiniz.
جمهوری اسلامی ایران -ارومیه- خیابان ارشاد-اداره کل فرهنگ و ارشاد اسلامی استان آذربایجان غربی.
Telefəks: 00984413463100
Fəks :00984413441700
Email:
Urmiaershad@Ershad-ag.ir Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır

Hörmətli oxucuların nəzər diqqətinə :
Əsərlərinizi bizim vasitəmizlə də festivalın katibliyinə göndərə bilərsiniz.

Ünvanımız:
azeriradio@irib.ir

  • Yazılıb
  • da (də) 2009 Aug 17