İİR Servisi/Aran Agentliyi
İranlı alim Həsən Dizeci, böyrək daşının vibrasiya maşını ilə qırılmasından sonra, böyrəyin yenidən daş yaratmasının qarşısını almaq üçün yeni bir maşın icad edib.
Mövzu ilə əlaqədar İran mətbuatına açıqlama verən alim Dizeci, böyrəkləri daş yaradan xəstələrin ümumiyyətlə daş qıran maşınlardan faydalandığını, ancaq bu maşınların bəzi yan təsirlərinin də olduğunu bildirib.
Dizeci böyrək daşı müalicəsi üçün bu maşından faydalanan xəstələrin yüzdə 85-də bir neçə ay sonra böyrəklərində yenidən daş görüldüyünü və bunun səbəbini araşdıraraq yeni maşınlarını icad etdiklərini qeyd edib.
İranlı ixtiraçı yeni maşının yüz xəstə üzərində sınandığını və 57 xəstədə müsbət nəticə müşahidə edildiyini sözlərinə əlavə edib.