İran Sənaye Sektorunu inkişaf etdirən təşkilatın başçısı Qasımi, İranlı mütəxəssislərin tamamilə yerli imkanlarla İran Elborz adında ilk nəhəng gəmini istehsal etdiyini açıqlayıb
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin FHA-ya istinadlı xəbərinə görə, İran Sənaye Sektorunu inkişaf etdirən təşkilatın başçısı Qasımi, İranlı mütəxəssislərin tamamilə yerli imkanlarla İran Elborz adında ilk nəhəng gəmini istehsal etdiyini açıqlayıb.
Mövzu ilə əlaqədar bir mətbuat konfransı təşkil edən Qasımi, İran İslam respublikasının yerli mütəxəssislərin imkanları ilə gəmi inşaatı sektorunda böyük irəliləyişlər etdiyini qeyd edib.
Qasımi, 5 növ gəmi isrehsal edildiyini, gəmilərin hər birinin 100 m uzunluğunda, 34 metr enində və 20 min ton ağırlığında olduğunu, gəmilərin Cümə günü okeana buraxılacağını bildirib.