İranın ticarət, sənaye və mədənlər palatasının sədri Məhəmməd Nəhavəndiyanın iştirakı ilə İranın Az. R-da ticarət mərkəzi və daimi sərgisinin yaradılması külüngü vurulub
Azərbaycan Servisi/Aran Agentliyi
İranın ticarət, sənaye və mədənlər palatasının sədri Məhəmməd Nəhavəndiyanın iştirakı ilə İranın Az. R-da ticarət mərkəzi və daimi sərgisinin yaradılması külüngü vurulub .
Müxbirimizin məlumatına görə , Nəhavəndiyan Bakıda bu münasibətlə keçirilən mərasimdə bu mərkəzin yaradılmasını İranla Az. R-nin ticarət əlaqələrinin möhkəmləndirilməsi və İranın ticarət və sənaye qabiliyyətlərinin təqdimi üçün yaxşı önəmli əlverişli fürsət sayıb .
Nəhavəndiyanın sözlərinə görə bu mərkəz xüsusi sektorun iştirakı ilə istifadəyə veriləcək . O, iqtisadi potensiallar və investisiyaların qoyulması imkanları barədə lazımi informasiyaların təqdim edilməsi məqsədi ilə həmin mərkəzdə ticarət və iqtisadi xidmətləri nümayiş etdirəcək ofisin açılacağını bildirib .
İİR-nin Bakıdakı səfiri doktor Bəhrami bu mərasimdə Az. R-da İranın ticarət mərkəzi və daimi sərgisinin yaradılmasına başlanmasını iki ölkənin ticarət münasibətlərində dəyişiklik yaradılması prosesinin başlanğıcı üçün yararlı addım hesab edir . Bu mərasim Az. R-da İranın ticarət ,sənaye və mədənlər palatasının sədrindən əlavə İranın Bakıdakı nümayəndələri, habelə fəal iqtisadi köməkçilərindən ibarət bir qrupun iştirakı keçirilib .
Qeyd edək ki , hal-hazırda İranla Azərbaycan Respublikası arasında ticarət mübadilələrinin həcmi 800 milyon dollara yaxın olsa da, iki ölkə arasında müxtəlif potensial və imkanların olmasını nəzərə alaraq iki tərəf ticarət dövriyyəsinin artmasına səy göstərir.