Tarix : 2009 Aug 20
Kod 13558

Əhmədinejad və Əsəddən Qərbə sərt mesaj

İrana səfər edən Suriya Respublika başçısı Bəşşar Əsəd, Mahmud Əhmədinejad ilə görüşüb. Görüşdə, iki ölkə lideri qərbə sərt mesajlar verdi
İİR Servisi/Aran Agentliyi

Faktxeberin Türkiyə mətbuatına istinadlı xəbərinə görə, İran Respublika başçısı Mahmud Əhmədinejad, "Qərb ölkələrinin, İran və Suriya ilə əməkdaşlıq etməyə ehtiyacı olduğunu" söyləyib. Əhmədinejad, Suriya Respublika başçısı Əsəd ilə görüşündə etdiyi çıxışında, İran-Suriya və Qərb ölkələr ilə əlaqələrə toxunub. Əhmədinejad bilidirib ki, "Suriya və İran tək bir cəbhədə iştirak edir. İki ölkənin əlaqələrindən yaxşı bir şəkildə istifadə etməyimiz lazımdır" . "Qərb ölkələrinin təxribatçı olduqlarını" bildirən Əhmədinejad deyib ki, "Bu gün bütün dünya Qərbin nəzəriyyələrinin süquta uğramasını dərk edir. Buna görə də  Qərbin İran və Suriya ilə əməkdaşlığa çox möhtacdır. Suriya Respublika başçısı Əsəd isə, Əhmədinejadı yenindən prezident seçilməsi münasibəti ilə təbrik edib. Əsəd öz çıxışında, iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirməyin əhəmiyyətinə toxunub. Əsəd, İranda xalqın seçkilərdə yüksək iştirakına toxunaraq deyib ki, bu seçkilər və seçkilərdən sonra baş verən hadisələr Qərb üçün böyük bir hadisə və dərs olduğuna inanıram. Bəşşar Əsəd bildirib ki, "Beynəlxalq cəmiyyətin qapılarının indi daha çox İran və Suriyaya açılacağına inanıram". Qərb ölkələrinin, İranın daxili işlərinə qarışmasını sərt şəkildə qınayan Bəşşar Əsəd deyib ki, "Qərbin və düşmənlərin müdaxilələrinin əsas səbəbi budur ki, İran və Suriya gələcəyə doğru inkişaf etməsin. Əsəd son olaraq deyib ki, İran xalqı Əhmədinejadı yenidən seçməklə iki ölkənin siyasətlərinin davamını təsdiqləyib.

  • Yazılıb
  • da (də) 2009 Aug 20