Bu birliyin nəticəsi və onun Fələstin, Livan, İraq habelə bütün regiona təsiri tam göz qabağındadır
İİR Servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei Suriyanın prezidenti Bəşşar Əsədi qəbulu zamanı regionun ümumi vəziyyətini dayanma və müqavimət cəbhəsinin xeyrinə və bu şəraiti ABŞ və onun siyasətlərinə tabe olanların əleyhinə qiymətləndiriblər.
Böyük İnqilab Rəhbəri çərşənbə günü avqustun 19-da Bəşşar Əsədi qəbulu zamanı İranla Suriyanın həmrəyliyini regionda müqavimət simvolu saymış və vurğulamışlar: Bu birliyin nəticəsi və onun Fələstin, Livan, İraq habelə bütün regiona təsiri tam göz qabağındadır.
Müstəmləkəçi dövlətlərin regiondakı müqavimət gücünü sındırmaq və müqavimət əhval-ruhiyyəsinin ruhdan düşməsi sahəsində göstərdiyi səylərinə işarə edən Böyük İnqilab Rəhbəri deyiblər: Göstərilən bu səylərin indiyədək heç bir nəticəsi olmayıb və regionda ABŞ-ın təsiri günü-gündən zəifləyib.
O Həzrət söhbətinin davamında vurğulayıblar: Sionist İsrail rejimi də qalmaqallı və sensasiyalı şantajlara rəğmən müxtəlif daxili problemlərlə üzləşib, məhv olmaq astanasındadır.
Bu görüşdə Suriyanın prezidenti Bəşşar Əsəd də Tehranla Dəməşqin strateji münasibətlərini təkid edərək regionun ümumi durumunu müqavimət və dayanma cəbhəsinin xeyrinə dəyərləndirib və deyib: Qərb dövlətləri, xüsusilə də ABŞ ölkə daxili problemlərdən əlavə regionda müxtəlif problemlərlə üzləşiblər. Ona görə də regionda hətta Livanda heç bir nailiyyətləri olmayıb.
Bəşşar Əsəd sözlərinin davamında deyib: Qərb dövlətlərindən bəzisinin İranda 12 iyun prezident seçkilərindən sonra baş vermiş qarşıdurmalar və hadisələrlə bağlı səylərinin uğursuzluğa uğramaları onlara böyük bir ibrət dərsi idi. Zira onlar xalqın cənab Əhmədinejada verdiyi səslərin nəticələrinin ardınca başa düşdülər ki, İran xalqı İmam Xomeyni (rə) həzrətlərinin dayanma və müqavimət yolunu qarşıya məqsəd qoyub.
Bu görüşdə Bəşşar Əsədin iranlı həmkarı Mahmud Əhmədinejad da iştirak edirdi.