Jurnalistlərin hüquqlarını müdafiə komitəsi rəsmi Bakıdan Tolişi Sədo qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü barədə tədqiqatlar aparmasını tələb edib
Azərbaycan Servisi/Aran Agentliyi
Jurnalistlərin hüquqlarını müdafiə komitəsi rəsmi Bakıdan Tolişi Sədo qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü barədə tədqiqatlar aparmasını tələb edib.
Jurnalistlərin hüquqlarının müdafiəçisi olan Avropa və Asiya bölməsinin müdiri Nina Okinava bir müsahibədə "Rəsmi Bakının sözü gedən baş redaktorun fiziki səhhətinin ağırlaşmasına laqeyd yanaşmasını bu jurnalistin ölümünə səbəb olub" -deyə bu sahədə lazımi araşdırma və tədqiqatın aparılmasını tələb edib.
Okinava, habelə N.Məmmədova tibbi yardımların göstərilməsi barədə bir sıra məlumatların daxil olmasından nigarançılıq keçirməsini ifadə edərək rəsmi Bakının mərhumun meyiti ilə bağlı götürülən tibbi analizlərin nəticələrini dərhal xalqa və ümumi fikrə açıqlamasını tələb edib.
Azərbaycan Respublikasında talışların mədəniyyət mərkəzinin sədri və fəal talış şəxsiyyət olan N.Məmmədov 2007-ci ilin fevral ayından etibarən məhkəmənin qərarı ilə 10 il həbsə məhkum olmuşdur.
Bu fəal talış şəxsiyyət məhkəmə prosesində ona qarşı irəli sürülən iddiaları əsassız sayıb.
Azərbaycan Respublikasında ən böyük azlıq təşkil edən talışlar mədəniyyət və ictimai sahələrdə bir çox ilkin hüquqlardan belə məhrumdurlar.
Belə ki, talış dilində çıxan bu yeganə qəzet və bu ölkə talışlarının mədəniyyətinə məxsus yeganə mərkəz bağlanmaqdan əlavə talış mədəniyyəti sahəsində fəal olan şəxsiyyətlərin bir çoxu dövlət tərəfindən axtarışdadır.