Tarix : 2009 Aug 24
Kod 13608

Bakıda növbəti bomba həyacanı

Azərbaycan paytaxtındakı bazarlardan birinə bomba qoyulması barədə polisə məlumat daxil olub
Azərbaycan Servisi/Aran Agentliyi

Azərbaycan paytaxtındakı bazarlardan birinə bomba qoyulması barədə polisə məlumat daxil olub. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, bu gecə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edən naməlum şəxs “28 May” metrostansiyasının yaxınlığında yerləşən “Yaşıl Bazar”a bomba qoyulması barədə məlumat verib. Daxil olan məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb və əraziyə əməliyyatçılar gəlib. Həyata keçirilən axtarış tədbirlərinə baxmayaraq məlumat təsdiqini tapmayıb.

Artıq anonim zəngin edildiyi ünvan müəyyənləşib.

  • Yazılıb
  • da (də) 2009 Aug 24