Azərbaycan R-nin bəzi xəbər mənbələri bu ölkənin sığorta bölməsindən Türkiyə sərmayələrinin çıxarılmasından xəbər verirlər
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan R-nin bəzi xəbər mənbələri bu ölkənin sığorta bölməsindən Türkiyə sərmayələrinin çıxarılmasından xəbər verirlər.
Gunay Anadolu Sığorta" sığorta şirkətinin türkiyəli investorları sahib olduqları səhmləri şirkətin yerli səhmdarlarına satıblar.
"Gunay Anadolu Sigorta" Azərbaycan-Türkiyə birgə sığorta şirkətinin əsası 1992-ci ildə qoyulub. Nizamnamə fondu 1 mln manatdır. Azərbaycan sığorta bazarında hazırda 3 birgə sığorta şirkəti fəaliyyət göstərir- "AIG Caspian" (Azərbaycan - ABŞ), "Bashak Inam" (Azərbaycan-Türkiyə), "Thames Insurance Group" (Azərbaycan- İngiltərə).
İran İslam Respublikası səhmdarlarının iştirakı olan daha bir sığorta şirkəti "Azer-Asiya" hazırda ləğv olunma ərəfəsindədir.
Azərbaycan Respublikasının yeni sığorta qanunvericiliyinə əsasən, ölkədə 100% xarici kapitallı sığorta şirkəti də yaratmaq olar.