Beynəlxalq şəffaflıq təşkilatı - «Transparency İnternational» təşkilatı dünyada rüşvətin daha çox harda olması ilə bağlı araşdırmalar aparıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Yeni Şərq”in pia.az-a istinadən verdiyi məlumata əsasən, Beynəlxalq şəffaflıq təşkilatı - «Transparency İnternational» təşkilatı dünyada rüşvətin daha çox harda olması ilə bağlı araşdırmalar aparıb. Araşdırmalara görə dünyanın rüşvətdən kənar dövlətlərinə Finlandiya rəhbərlik edir. Daha sonra isə ikinci və üçüncü yeri Danimarka və Sinqapur bölüşür. Ən maraqlısı isə rüşvətə rəhbərlik edən dövlətlərdir. Rüşvətin ən çox olduğu ilk ölkə İraqdır.
Dünyada rüşvət payına görə ikinciliyi qazanan ölkə isə Azərbaycandır. Dünyanın üçüncü rüşvətxor ölkəsi isə Xorvatiyadır. Siyahıda qonşu Türkiyə dövləti 179 dövlət arasında 79-cu sıradadır və bu da kifayət qədər anormal göstərici sayılır.