Tarix : 2009 Aug 26
Kod 13634

Bakı və İrəvan Qarabağ münaqişəsinin həlli üçün Amerikaya ummamalıdırlar

Amerikanın dövlət katibinin keçmiş müşaviri deyib: Azərbaycan Respublikası və Ermənistan Qarabağ münaqişəsinin həlli üçün Amerikaya ummamalıdırlar
Azərbaycan Servisi/Aran Agentliyi

Amerikanın dövlət katibinin keçmiş müşaviri deyib: Azərbaycan Respublikası və Ermənistan Qarabağ münaqişəsinin həlli üçün Amerikaya ummamalıdırlar.
Müxbirimizin verdiyi məlumata əsasən Mark Qrossman Azərbaycan Respublikasının Prezident Aparatının strateji araşdırmalar mərkəzində çıxış edərək vurğulayıb ki, rəsmi Bakı və İrəvan Amerikadan Qarabağ münaqişəsinin həllini gözləməməlidirlər və bu mövzu tərəflərin öhdəsindədir.
Qrossmanın sözləri elə bir haldadır ki, Amerika, Rusiya və Fransa ilə birlikdə 1992-ci ildən bəri Minsk qrupu çərçivəsində özlərini Qarabağ münaqişəsinin həlli üzrə yeganə vasitəçisi kim bildirirlər.
Hazırda Amerikada Yaşıl təşkilatın sədri olan Mark Qrossmanın sözləri elə bir halda bildirilib ki, Amerika bundan öncə Minsk qrupunun fəaliyyətini bəhanə edərək Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan Respublikasının həll yolları üzrə fikriləri ilə müxalifət edib.
Bu məlumata əsasən Mark Qrossman bu dəyirmi masada Azərbaycan Respublikası prezidentinin keçmiş müşaviri Vəfa Quluzadənin "Nə üçün Amerika Gürcüstan torpağına təcavüzü pisləyib. Amma Azərbaycan Respublikası haqda bənzər mövqe tutmayıb? -sualına cavab verməkdən çəkinib.
Müstəqil müşahidəçilər belə inanırlar ki, Minsk qrupunun həmsədrləri, o cümlədən Amerika Qarabağ münaqişəsini öz mənafeləri istiqamətində idarə etmək ardıncadırlar.

  • Yazılıb
  • da (də) 2009 Aug 26