Məhkəmə heç bir əsas olmadan qapalı keçirildi. Bunun isə əsas səbəbi Milli Təhlükəsizlik Nazirliyinin və məhkəmə saxtakarlığının ictimaiyyətdən gizlədilməsi oldu
Azərbaycan Servisi/Aran Agentliyi
Neçə gün öncə Bakının həbsxana xəstəxanasında Talış Mədəniyyət Mərkəzinin rəhbəri və Tolişi Sədo qəzetinin baş redaktoru, 68 yaşlı Novruzəli Məmmədov vəfat edib. Bu barədə Məmmədovun hüquqlarını müdafiə komsitəsinin sədri Hilal Məmmədov bildirib. Hakimiyyət Tolişi Sədo qəzetinin rəhbəri Novruzəli Məmmədovu dövlətə xəyanətdə suçlayırdı, hüquq müdafiəçiləri isə onu siyasi məhbus sayırdılar .
Elmlər doktoru Novruzəli Məmmədov 2008-ci ilin yayında dövlətə xəyanət ittihamı ilə 10 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu. Yaşlı alim xəstəliklərdən ciddi əziyyət çəkirdi. Lakin yerli və beynəlxalq ictimaiyyətin Məmmədovun azad edilməsi barədə çağırışları eşidilməmiş qaldı. Az. R-da hakimiyyət orqanları azad fikirli insanların səsini boğmaq üçün bir qayda olaraq onları şərləyir və repressiyalara məruz qoyur . Novruzəli Məmmədov da belələrindən idi .Onun yeganə günahı doğma Talış dili və mədəniyyətinin yayılmasında özündən göstərdiyi canfəşanlıq idi. Lakin günahsız mədəniyyət xadimi irqi ayrı-seçkiliyin qurbanı oldu. Əfsuslar olsun, akademik Novruzəli Məmmədov xəstəliklərdən ciddi əziyyət çəksə də, həbsdən buraxılmadı və həbs həyatını sürərkən əbədiyyət qovuşdu .
2007-ci il fevralın 2-də Novruzəli Məmmədov Az. R. Milli Təhlükəsizlik Nazirliyinin işçiləri tərəfindən uğurlanaraq MTN-in inzibatı binasında bir gün qeyri-qanuni saxlanıldı. Sonradan 3 fevral tarixində azadlığa buraxılan Məmmədov Elmlər Akademiyasının binası qarşısında polis tərəfindən tutularaq polisə tabe olmamaq ittihamı ilə Yasamal rayon məhkəməsi tərəfindən qeyri-qanuni 15 sutka inzibati həbs cəzası almışdır. Maraqlıdır ki, qanunvericiliyə əsasən yaşı 65-dən çox olan şəxslərə inzibati həbs cəzası verilə bilməzdi.
Məmmədova qarşı sürülən ittiham aktında onu Azərbaycanda yaşayan talışlar üçün inzibati muxtariyyət yaratmağa nail olmaq məqsədi ilə zəruri məlumatları toplamaqda, talışların hüquqlarının pozulması adı altında beynəlxalq təşkilatlara müraciəti etməkdə və Tolişi Sədo qəzetində guya ona verilmiş tapşırıqlara uyğun məqalələri çap etdirməkdə günahlandırmışdılar.
Bütün bunlara baxmayaraq, akademik həbsdə olduğu müddətdə vəkili ilə görüşə imkan tapmadı. Məhkəmə heç bir əsas olmadan qapalı keçirildi. Bunun isə əsas səbəbi Milli Təhlükəsizlik Nazirliyinin və məhkəmə saxtakarlığının ictimaiyyətdən gizlədilməsi oldu . Məhkəmənin çıxardığı qərardan belə qənaətə gəlmək olar ki, Məmmədovun xeyrinə bütün şahidlərin verdiyi ifadələr tam olaraq saxtalaşdırılmışdı.
Az. R-da qanunsuzluq o həddə çatıb ki , müttəhimin ailəsi də əzab-əziyyətlərə məruz qalır. Məmədovun haqqında onun övladlarını bir neçə dəfə saxlayaraq fiziki təzyiqlər məruz qoydular . Bunun nəticəsində mərhumun oğlanlarından biri infarktdan vəfat etdi. Hər halda hüquq müdafiəçiləri bildirdilər ki , istintaq və məhkəmə baxışı zamanı Novruzəli Məmmədovun günahı sübuta yetirilmişdir .Əksinə olaraq onun sifariş nəticəsində həbs edildiyi məlum olub . Kimin sifarişi? Bunu müstəqil təhqiqat üzə çıxarmalıdır .