Tarix : 2009 Aug 28
Kod 13678

Azad Rəhimov Ermənistana yola düşür

Ermənistanda keçiriləcək cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan idmançılarının iştirak etmələri ilə əlaqədar təşkilati məsələlərin müzakirəsi üçün gənclər ...
Azərbaycan Servisi/Aran Agentliyi

Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, nümayəndə heyəti yarışdan öncə Ermənistana yola düşəcək.
Onu da qeyd edək ki, 2007-ci ildə Azərbaycanda keçirilən güləş üzrə dünya çempionatında iki ölkənin idman qurumları arasında imzalanmış müqaviləyə uyğun olaraq, yeni bir müqavilənin imzalanması nəzərdə tutulur.
Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqlarları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması, himninin səsləndirilməsi və bütün iştirkaçıların bu an ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.
İmzalanma Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Cüdo Federasiyası, Avropa Cüdo Komitəsi, Avropa Olimpiya Komitəsi və Ermənistanın müvafiq orqanları arasında olacaq.

  • Yazılıb
  • da (də) 2009 Aug 28