Tarix : 2009 Aug 28
Kod 13680

İrandakı ixtişaşlar müəyyən təşkilatlar tərəfindən hazırlanmışdı

Tehranın bu günkü cümə namazının xətibi Qazilər Məhkəməsinin sədri Höccətülislam vəl muslimin Kazimi Siddiqi olub
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin İran KİV-lərinə istinadlı xəbərinə görə Tehranın bu günkü cümə namazının xətibi Qazilər Məhkəməsinin sədri Höccətülislam vəl muslimin Kazimi Siddiqi olub.

O çıxışının ikincisi hissəsində prezident seçkilərindən sonrakı hadisələrə toxunaraq İslam Şura məclisindən 10-cu hökümətin qurulması üçün addım atmasını istəyib.

Höccətülislam vəl muslimin Kazimi Siddiqi çıxışında 10-cu prezident seçkilərindəki xalqın 40 milyonluq səsinə işarə edərək: "Bəzi insanlar xalqımızın birləşməsinə və reqion ölkələri arasında qüdrətlənməsinə səbəb olacaq bu böyük hadsəni, ölkədaxili problemlərlə kölkə altına salmağa çalışır"-deyib.

Ayətullah Xameneinin son çıxışına işarə edən Tehranın cümə xətibi: "Yəqinliklə qeyd etmək istəyirəm ki, İran İslam İnqilabının rəhbəri buyurduğu kimi, bu mülayim müharibə bir və bir neçə şəxs tərəfindən deyil, müəyyən təşkilatlar tərəfindən əvvəlcədən hazırlanmışdı"-deyib.

Nəzərinizə çatdıraq ki, Höccətülislam vəl muslimin Kazimi Siddiqi bu gün ilk dəfə olaraq Tehranın cümə namazı xətibi vəzifəsini icra edib.
 
  • Yazılıb
  • da (də) 2009 Aug 28