Rusiya prezidenti Qafqazda müqavimətçilərin qarşısını almaq üçün bölgə müftiləri ilə görüşəcək
Rusıya Servisi/Aran Agentliyi
FaktXəbərin verdiyi məlumata əsasən, Rusiya Dövlət başçısı Dmitriy Medvedev, Qafqazda son günlər baş verən sabitliksizliyi ələ almaq üçün bölgədəki müfti və idarə rəsmiləri ilə görüşəcək. Soçidə bu gün reallaşacaq mərasimdə Rusiya liderinin, Qafqazda təhlükəsizlik və sülhün təmin edilməsi üçün din adamlarından dəstək istəyəcəyi bildirilir. Qeyd edək ki, Rusiya prezidenti Dmitriy Medvedev, bundan əvvəl də Moskva Mərkəz Məscidini və Müftilər Şurasını ziyarət edərək din xadimləri ilə görüş keçirmişdi. Həmçinin Rusiya preizdenti, bu görüşlərdə ölkədə sayları 20 milyonu olan müsəlmanların problemlərini də dinləmişdi. Nəzərinizə çatdıraq ki, din xadimləri ilə keçirdiyi görüşdə Medvedev, silahlı qruplaşmalar mövzusunda xəbərdarlıq almışdı.