arzu edənlər ipoteka krediti vasitəsi ilə evlərin alınmasına dair ərizələrini təqdim edə bilər
Azərbaycan Servisi/Aran Agentliyi
2010-cu ilin sonuna kimi Azərbaycanın işğal altındakı torpaqlarında Şuşa şəhərində 64 yaşayış evi ermənilərin istifadəsinə veriləcək. Bu barədə məlumatı qondarma rejimin İnvestisiya Fondunun direktoru Karen Yesayan jurnalistlərə bildirib. Onun sözlərinə görə, arzu edənlər ipoteka krediti vasitəsi ilə evlərin alınmasına dair ərizələrini təqdim edə bilər.
Yesayan əlavə edib ki, Xocavənd şəhərində isə dörd hektarlıq ərazidə 21 evdən ibarət məhəllə və 12 yaşayış evi salınacaq. Ümumilikdə isə burada 1000-dən çox insan yaşayaq, 10-dan çox ictimai əhəmiyyətli subyektin fəaliyyət göstərəcək.
İnvestisiya Fondunun rəhbəri qeyd edib ki, tikinti işləri yüngül konstruksiyalı evlərin tikinti prinsipləri çərçivəsində həyata keçiriləcək. Belə evlər çox əhəmiyyətli üstünlüyə malikdir və onların tikilməsi tez başa gəlir. Proqram 1 milyard dram (2,71 mln dollar) miqdarında qiymətləndirilir", -deyə o vurğulayıb.