Tarix : 2009 Aug 28
Kod 13695

İrandakı seçkilər formal deyil

İrandakı seçkilər , dünyada mövcud demokratiyaların ziddinə olaraq formal xarakter daşımır
İİR Servisi/Aran Agentliyi

İrandakı seçkilər , dünyada mövcud demokratiyaların ziddinə olaraq formal xarakter daşımır.
İİR prezidenti Mahmud Əhmədinejad belə deyib . Tehranın cümə namazı xütbələrindən öncə bu məqama toxunan Əhmədinejad ölkədə keçirilən 12 iyun prezident seçkilərində əhalinin 85 faizlik iştirakından məmnun qaldığını ifadə edərək deyib: Ölkədə əhalinin bu geniş iştirakı İİR hakimiyyəti ilə düşmən olanların proqnozları və proqramlarını alt-üst etdi. İran prezidentinin sözlərinə görə , İİR respublika və islamçılıqdan ibarət bir həqiqətdir.
Əhalinin rolu, islamın sayəsində öz təsdiqini tapır və son prezident seçkilərində İran xalqı bir daha islam inqilabı ilə öz amallarını qoruyub təzələdi.
Əhmədinejad , İranda keçirilən prezident seçkilərindən sonra baş vermiş qarşı durmalara ,xüsusilə də hakimiyyət strukturunu saxtakarlığa yol verməkdə ittihamlandırmanı düşmənin psixioloji müharibə metodlarından biri sayıb və deyib : Təəssüflər olsun ki , bu istiqamətdə , bir qrup düşmənin hiylərinə aldandı və acı bir faciə yaşandı.
İİR-nın prezidenti çıxışının digər hissəsində habelə ədalətə riayətin edilməsini yeni hökumətin əsas hədəflərindən sayaraq ölkədəki bütün orqanların bu haqda ciddi səyi və müvafiq addımlar atmalarının zəruriliyini vurğuladı.
Əhmədinejad habelə 10-cu hökumətin kabinet üzvlərinin seçilməsinə də münasibət bildirib.

  • Yazılıb
  • da (də) 2009 Aug 28