Tarix : 2009 Aug 29
Kod 13724

Gürcüstan ombudsmanı yeni müdafiə nazirini cinayətkar adlandırıb

Yeni müdafiə nazirinə qarşı cinayət işinin başlanması üçün kifayət qədər faktlar mövcuddur
Gürcüstan Servisi/Aran Agentliyi
 
   “Yeni Şərq”in APA-ya istinadən verdiyi məlumata əsasən, Gürcüstan ombudsmanı Sozar Subari yeni təyin olunan müdafiə naziri Baço Axaliyanı cinayətkar adlandırıb. Ombudsman bildirib ki, Axaliya son illər ərzində özünü qanunu pozan və heç sayan adam kimi göstərib: “Yeni müdafiə nazirinə qarşı cinayət işinin başlanması üçün kifayət qədər faktlar mövcuddur. Axaliyanın müdafiə naziri təyin olunması ilə ordudan daxili siyasi məsələlərdə və müxalifətə qarşı istifadə ediləcəyi istisna deyil”. Xatırladaq ki, dünən müdafiə naziri David Sixarulidze istefaya gedib və Gürcüstan prezidenti onun yerinə Baço Axaliyanı təyin edib. 2008-ci ilə kimi məhkəmə qərarlarının icrasına nəzarət departamentinə rəhbərlik edən Sixarulidze daha sonra müdafiə nazirinin müavini vəzifəsində çalışıb. Qeyd edək ki, ombudsman Sozar Subari dəfələrlə Gürcüstan hakimiyyətini insan haqlarını kobud şəkildə pozmaqda günahlandırıb.
 
  • Yazılıb
  • da (də) 2009 Aug 29