Tarix : 2009 Aug 29
Kod 13725

«Mənəvi Saflıq» jurnalı redaksiyası anım mərasimi keçirdi

İslam aləminə böyük itki üz vermişdir. Ümmətimizin tanınmış din alimi, siyasi-ictimai xadim, mübariz və mücahid şəxsiyyət Seyid Əbdüləziz əl-Həkim haqq dünyasına qovuşmuşdur
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinə «Mənəvi Saflıq» İB-nin sədrinin verdiyi məlumata görə 29 avqust 2009-cu il tarixdə «Mənəvi Saflıq» elmi-mədəni-ictimai jurnalının redaksiyasında İslam aləminin tanınmış din alimi, siyasi xadim, mübariz və mücahid Seyid Əbdüləziz əl-Həkimin dünyasını dəyişməsi münasibətilə anım mərasimi keçirildi.
Alimin xatirəsinin yad edilməsi münasibətilə təşkil edilmiş mərasimdə natiqlər mərhumun məhsuldar həyat və yaradıcılığı haqqında söz açmış, diktaturaya, avtoritar Səddam rejiminə qarşı apardığı cəsarətli mübarizə, İraq müsəlmanlarının insan haqları uğrunda göstərdiyi mücadilə və rəhbərlik etdiyi İraq İslam Ali Şurası, eləcə də İraq İslam hərəkatı haqda geniş məlumat vermişlər. Tədbir iştirakçıları mücahid alimin ruhunun şad olması üçün dualar oxumuşlar.
Mərasimin sonunda Birliyin sədri Hacı Elşən Mustafaoğlu təşkilat adından qəbul edilmiş bəyanatı oxudu.

Bəyanatda deyilir:
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM!
İNNA LİLLAHİ VƏ İNNA İLƏYHİ RACİUN!
İslam aləminə böyük itki üz vermişdir. Ümmətimizin tanınmış din alimi, siyasi-ictimai xadim, mübariz və mücahid şəxsiyyət Seyid Əbdüləziz əl-Həkim haqq dünyasına qovuşmuşdur. Bu münasibətlə bütövlükdə İslam ümmətinə, dünyanın elm, bilik və mənəviyyat aşiqlərinə, insan haqları müdafiəçilərinə, xüsusilə qardaş İraq xalqına və mərhumun ailəsi, yaxınları və onu sevənlərə dərin hüznlə baş sağlığı verir, Uca Allahdan ona əbədi axirət səadəti diləyirik.
Qoy onun məhsuldar həyat və yaradıcılığının bəhrəsi həyat yolunda daim haqq və ədalət uğrunda mübarizə aparan hər kəsə yol yoldaşı olsun və bəşəriyyətin mənəvi islahına xidmət etsin. Mərhumun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin!
 
  • Yazılıb
  • da (də) 2009 Aug 29