Tarix : 2009 Aug 29
Kod 13728

İslam mədəniyyəti paytaxtının Ramazan gündəliyi

.
Azərbaycan Servisi/Aran Agentliyi
Bismilləhir Rahmənir Rahim!

Avqust-2009
8.1 - “Mübarək Ramazan ayının fəlsəfəsi” mövzusunda elmi konfrans – 21 avqust.
8.2 – “Xoş gəldin, mübarək ilahi ay”adlı ilahi qrupların beynəlxalq festivalı – 22 avqust
8.3 – “Orucun tibbi faydaları” adlı səhiyyə işçilərinin dəyirmi masası – 24 avqust
8.4 – “Jurnalistikada oruc mövzusu üzərində dini məsələlərin işıqlandırılması” dəyirmi masası - 26 avqust
8.5 – “Quran hafizlərinin Ramazan ayı müsabiqəsi” – 28 avqust
8.6 – “Ramazan ayında yetimə qayğı” adlı sosial kampaniyanın startı – 29 avqust.
8.7 – “Orucun pis vərdişlərdən qurtulmada rolu” elmi-praktiki seminar – 31 avqust

Sentyabr-2009
9.1. –“Beşikdən qəbrədək elm öyrən” elmi simpozium – 1 sentyabr
9.2 – “Obaşdan və iftar süfrələri” mövzusunda milli mətbəxin təqdimatları – 3 sentyabr
9.3 – “Ramazan ayının kriminal hadisələrin azalmasında rolu” psixoloq-kriminalistlərin dəyirmi masası – 4 sentyabr
9.4 – “Sovet repressiya illərində Ramazan ayı”- tarixçilərin dəyirmi masası – 5 sentyabr
9.5 – “Cümhuriyyət dönəmində Ramazan ayı” tarixi sənədli filmin təqdimatı – 6 sentyabr
9.6 – “İntiharların qarşısını almaqda inancın rolu” dəyirmi masa - 7 sentyabr
9.7 – “Qədr gecələri və özünəqayıdış” elmi-praktiki seminar – 8 sentyabr
9.8 – “Günah yandıran ay” bədii filminin təqdimatı – 14 sentyabr
9.9 – “Ədəbi irsimizdə Ramazan ayı” ədəbi-ürfani məclis –16 sentyabr
9.6 – “Ümmətin problemləri: Qarabağı və Qüdsü unutma” – “Qüds günü” münasibətilə tədbir –15 sentyabr
9.7 – “Fitr bayrami tədbirləri”- 20-21 sentyabr
9.8 –“Əlvida, mübarək Ramazan ayı” adlı bədii tədbir –22 sentyabr
*****


Hamının bildiyi kimi, Bakımız “İslam mədəniyyəti paytaxtı – 2009-cu il” elan olunub. Və builki Ramazan ayında Bakı - əslində mənəviyyat paytaxtı, Quran paytaxtı, halallıq paytaxtı, barışıq paytaxtına çevrilməli idi. Və İslam paytaxtlarının birincisi olaraq, təqribən yuxarıda və ya ondan daha da yaxşı bir formada Ramazan ayına müvafiq gündəliyə malik olmalı idi.
Amma məələsəf, “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” münasibətilə rəsmi tədbirlər planında qəribə bir mənzərə ilə rastlaşmış oluruq. Sadəcə bir daha qeyd edirəm ki, bu rəsmi tədbirlər planı məhz Bakının “İslam mədəniyyəti Paytaxtı-2009” münasibəti ilə tərtiblənib. Siyahı ilə tanış olduqdan sonra oxucuda əlavə şərh üçün heç bir ehtiyac qalmayacaq.

Avqust-2009
8.1 Kino işçilərinin peşə bayramı - 2 avqust

Sentyabr-2009
9.1 Üzeyir Musiqi Gününə həsr olunmuş “Uzeyir Musiqi Həftəsi” - 18 sentyabr
9.2 “Şərq-Qərb” beynəlxalq kinofestivalı - 18-24 sentyabr
9.3 «Alovlu gecələr» adlı əbədi-musiqili axşam «Atəşgah məbədi» Dövlət tarix-memarlıq qoruğu - 19 sentyabr
9.4 Zülfüqar Hacıbəyovun 125 illiyinə həsr olunmuş “Aşıq Qərib” tamaşası - 20 sentyabr
9.5 Ramazan Bayramı münasibətilə ilə xeyriyyə tədbiri - 20 sentyabr
9.6 Görkəmli tarzən, xalq artisti Əhsən Dadaşovun 85 illiyinə həsr olunmuş tədbir - 22 sentyabr.
*****


Nə isə...
Mübarək Ramazan ayının 8-ci gününün duasındakı nurani çalarlara nəzər salaq.
· Bizləri yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edənlərdən və salam verənlərdən qərar ver, ey mərhəmətlilərin ən mərhəmətlisi olan Rəbbim!
· Bizləri ləyaqətli və yaxşı insanlarla yoldaş et, ey arzusunda olanların siğınacaq və pənahı olan Rəbbim!
Amin!
  • Yazılıb
  • da (də) 2009 Aug 29