Az. R. xalqının İran ədəbiyyatını böyük rəğbətlə qarşılamasının ardınca İranın müasir ədəbiyyatından 4 nağıl kitabı Azərbaycan dilinə tərcümə edilib
Azərbaycan Servisi/Aran Agentliyi
Az. R. xalqının İran ədəbiyyatını böyük rəğbətlə qarşılamasının ardınca İranın müasir ədəbiyyatından 4 nağıl kitabı Azərbaycan dilinə tərcümə edilib .
Müxbirimizin verdiyi məlumata görə, Məhəmməd Mirkiyani-dən "Çillə gecəsi nağılları" , "biri varmış biri yoxmuş" və "məsəllərimizin sirri bu idi" eləcə də Şəhram Şəfiidən "xamalı tortun patlaması" adlı kitablar Bakının dövlət universitetinin fars dili və ədəbiyyatı fakültəsinin müəllimlər və tələbələrinin səyləri nəticəsində Azərbaycan dilin tərcümə edilib . Bu kitabların tərcüməçiləri qrupunun başçısı xanım doktor İsmət Məhəmmədova İranın müasir ədəbiyyatının zənginliyini vurğulayaraq deyib : Bu nağıllarda mənəvi, ictimai və mədəni müraciətlər var, bunlar bizə təsir edir və İranla Az. R. xalqlarının ortaq mədəniyyət və tarixi keçmişini nəzərə alaraq bu əsərləri tərcümə etməklə onların ədəbi ləzzətini və mənəvi dəyərini də öz xalqımıza duydurmaq istədik. Qeyd edək ki , son illərdə İranın iftixarlı ədəbi əsərləri o cümlədən Firdovsinin şahnamə əsəri Az. dilinə tərcümə edilərək bu respublikanın müsəlman xalqı tərəfindən rəğbətlə qarşılanmışdır .