Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindəki narkotik ticarəti hesabına silahlanmaqda davam edir
Ermənistan Servisi/Aran Agentliyi
“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindəki narkotik ticarəti hesabına silahlanmaqda davam edir”. Bunu ANS-ə müsahibəsində baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, rəsmi Bakı bununla bağlı beynəlxalq ictimaiyyət qarşısında dəfələrlə məsələ qaldırsa da, rəsmi İrəvana heç bir təzyiq göstərilmir. “Dağlıq Qarabağdakı silah-sursat bizim işğal olunmuş ərazilərimizdə əkib-becərilən və tranzit yolla keçirilən narkotikdən əldə olunan vəsaitlə alınır. Bu gün narkotik vasitələrin hazırlanmasına sərf olunan 1 dollar 12 min dollar gəlir gətirir. Təsəvvür edin Ermənistan işğal altındakı Azərbaycan ərazilərdən nə qədər böyük vəsait qazanır”. Əli Həsənovun sözlərinə görə, işğal olunmuş ərazilərdən daha çox əfqan narkotiki, xüsusilə marixuana tranzit yolla keçirilir.