Bakıda çıxan bəzi mətbuat orqanları Az. R-nin İrandakı səfiri Abbasəli Həsənovun vəzifəsindən kənarlaşdırıldığını bildiriblər
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda çıxan bəzi mətbuat orqanları Az. R-nin İrandakı səfiri Abbasəli Həsənovun vəzifəsindən kənarlaşdırıldığını bildiriblər .
Bakıda çıxan ifratçı türkçü Yeni Müsavat qəzeti Xural qəzetinə istinadla yazıb: Abbasəli Həsənov Az. R-nin milli maraqlarına əhəmiyyət verməməkdə və şəxsi maraqlarını milli maraqardan üstün tutmaqda ittiham edilib və Az. R. prezidentinin qəzəbinə tuş gəlib .
Bu qəzetin yazdığına görə Abbasəli Həsənovun yerinə Murtuz Ələsgərovun yaxın qohumlarından olan Cavanşir Axundov Az. R-nin İrandakı səfiri təyin edilib .
Qeyd etmək lazımdır ki , Abbasəli Həsənov son zamanlar İranda da bəzi düşünülməmiş mövqelər tutduğuna və Bakı medialarının anti-İran maraqlarına uyğun rəftar etməsinə görə ciddi tənqidlər ilə üzləşmişdi . Habelə Az. R-nin Tehrandak baş konsulluğunun geniş korrupsiyalara yol verməsi Az. R-na səfər etmək üçün vizaların verilməsində müraciət edənlərdən rüşvətin alınması Az. R-nin Tehrandakı səfiri ilə bağlı narazılıqların artmasına səbəb olan ciddi problemlərdən sayılır . Abbasəli Həsənovun bəzi siyasi və tarixi məsələlər ilə bağlı ikili mövqe tutmalara ,onun İran mətbuatı ilə müsahibədə tarixi və mədəni gerçəklikləri etiraf etməsi ,Bakı mətbuatı ilə müsahibədə isə həqiqətdən uzaq fikirlər səsləndirməsi Abbasəli Həsənovun tənqidlər ilə üzləşməsinə səbəb olan ciddi məsələlərdən olub .