Gələn ilin əvvəlindən etibarən nə az, nə çox, düz 17 min məshəti türkü Azərbaycanı tərk edəcək
Azərbaycan Servisi/Aran Agentliyi
Gələn ilin əvvəlindən etibarən nə az, nə çox, düz 17 min məshəti türkü Azərbaycanı tərk edəcək. Onlar doğma vətənlərində - Gürcüstanda məskunlaşacaq. ANS PRESS-in “Zerkalo” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Axıska türklərinin “Vatan” Cəmiyyətinin sədri İbrahim Burhanov məlumat verib.
Onun sözlərinə görə, gələn ilin əvvəlində bütün məshəti türklərinin müvafiq ərizələrinə baxılması gözlənilir.
Ümumilikdə Azərbaycanda 70 min axıska türkü yaşayır. Onların əksəriyyəti ötən yüzilliyin 90-cı illərində əsasən Saatlı və Sabirabad rayonları ərazisində məskunlaşıblar