Sentyabrın 19-u, 20-si, 21-i və 22-si Azərbaycanda qeyri-iş günləridir
Azərbaycan Servisi/Aran Agentliyi
Ramazan ayının başa çatması münasibəti ilə Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 20-si və 21-i bayram günləri elan edilib. Ramazan bayramının ilk günü - sentyabrın 20-si həftənin bazar gününə təsadüf etdiyindən sentyabrın 22-si də ölkədə qeyri-iş günü olacaq.