Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov ölkənin dəniz sərhədinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb
Xəzər Servisi/Aran Agentliyi
“Yeni Şərq”inRIA "Novosti"yə istinadən verdiyi məlumata əsasən, Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov ölkənin dəniz sərhədinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
O, bunun üçün Xəzər dənizində hərbi dəniz bazasının və sərhəd xidmətinin yaradılmasının lazım olduğunu bildirib.
Berdıməhəmmədov hərbi-dəniz qüvvələrinin həmin bazada daimi əsasda yerləşdiriləcəyini qeyd edib. Bazanın konkret harada yerləşdiriləcəyi isə bildirilmir.
Türkmənistan prezidenti onu da vurğulayıb ki, sərhəd xidməti yeni patrul katerləri alacaq. Donanma üçün isə raketlərlə təchiz olunan iki hərbi gəmi alınacaq.