Tarix : 2009 Sep 01
Kod 13788

Azərbaycan R-da məscidlərin sökülməsi siyasəti davam edir

.
Azərbaycan Servisi/Aran Agentliyi

Mübarək Ramazan ayı ilə bir vaxtda Azərbaycan Respublikasının İqtisadi məhkəməsi Bakı Şəhər İcra Hakimiyyətinin istəyi ilə Həzrət Fatimə (s.ə) məscidinin sökülməsi haqda qərar çıxarıb.
Dünən saat 17:00 radələrində 2 saylı Yerli İqtisad Məhkəməsinin hakimi Miminat Hacıbəyova Həzrət Fatimə Zəhra məscidinin sökülməsi ilə bağlı qərar çıxarıb.
Dəyərlər saytının məlumatına əsasən məhkəmə Azərbaycan Respublikası mülki-prosessual məcəlləsinin 216-cı və 220-ci maddələrini əlində əsas tutaraq Allah evi haqqında belə bir qərar qəbul edib: Suraxanı İcra Hakimiyyətinin iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi rədd edilsin. Cavabdeh Fatimeyi-Zəhra (s.ə) məscidinin dindarlarının dini icması Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "V" yaşayış massivində yerləşən 1.3 ha torpaq sahəsindən çıxarılsın. Həmin torpaq sahəsində aparılan tikililər sökülsün. Torpaq sahəsi Suraxanı RİH-nə qaytarılısın.
Bu torpaq sahəsində Həzrət Fatimeyi Zəhra (s.ə) məscidi və mədrəsə kompleksi yerləşir.
Bu qərardan öncə avqustun 28-də keçirilən məhkəmə iclasında dini icmanın vəkili Rövşən Şirəliyevin vəsatətini təmin etməyən hakim məscidin sökülməsinə dair belə bir qərarın çıxarılacağı barədə siqnal vermişdi.
Qeyd etmək lazımdır ki, Həzrət Fatimeyi Zəhra məscidinin tikintisinə 1998-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti icazə verib. Bundan 4 il sonra heç bir əsas göstərilmədən məscidin tikintisinin dayandırılması və onun yerində idman kompleksinin tikilməsi barədə qərar çıxarılıb.
Son məhkəmədə əsas kimi məscidin tikinti işlərinin dayandırılması göstərilsə də, məhkəmədə bunun yalan olduğu ortaya çıxıb. Belə ki, 1998-ci ildən bu günə kimi məscidin tikilməsi ilə bağlı olan videolent və şəkillər, üstəlik Bakı Şəhər İcra Hakimiyyətinin 2006-cı ildə 3 min manat məbləğində məscid tikintisinə maddi yardım göstərməsi bu tikilidən həm Bakı şəhər, həm də Suraxanı rayon İcra Hakimiyyətinin xəbərdar olduqları göstərilib.
Həzrət Fatimə (s.ə) məscidinin rəhbərlik heyətinin üzvlərindən olan Rəzizadənin dediklərinə görə Bakının Suraxanı Rayonunun polis idarəsi əməkdaşları 5 ay öncə heç bir rəsmi sənəd təqdim etmədən namaz qılanları Həzrət Fatimə (s.ə) məscidindən çıxardaraq məscidi bağlayıblar.
Son aylar ərzində Peyğəmbər (s.ə.s) və Neft Daşları məscidləri də məhkəmə qərarı əsasında sökülüb. Şəhidlər və İlahiyyat məscidləri isə bağlanılıb.
Bundan öncə Bakının Nərimanov rayonunda yerləşən vəhhabilərə aid olan Əbubəkr məscidi də məhkəmə qərarı ilə bağlanmışdı.

  • Yazılıb
  • da (də) 2009 Sep 01