Tarix : 2009 Sep 02
Kod 13810

İlahiyyatçılar məscidin sökülməsinə olan etirazlara münasibət bildirib

Etirazçılara güc tədbiq edənlərə, etiraz edənləri vəhşicəsinə döyənlərə isə sözüm budur ki, onlara ar olsun
Azərbaycan Servisi/Aran Agentliyi
Bildiyiniz kimi dünən məscidlərin sökülməsinə etiraz əlaməti olaraq Bakı meriyasının qarşısında etiraz aksiyası keçirib.

Bununla bağlı ölkənin İlahiyyatçılarından münasibət öyrəndik.

İslam-Azeri.az internet qəzeti ilk olaraq Hafizi Quran, Quran və Hədis Elmləri üzrə mütəxəssis alim Kərbəlayi Zülfüqardan münasibət öyrənib.

O da bu etirazın təbii və konstitusiyaya uyğun olaraq, həmçinin dinin tələbinə uyğun olan bir addım sayıb.

"Məhəmməd surəsinin 7 ayəsində: "Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər"-deyildiyi kimi möminlər məscidlərin sökülməsinə maneə olarsa Allah onlara yardım edəcək"-deyən Kərbəlayi Zülfüqar məscid sökənlərə Quran ayəsində işarə olunduğunu bildirərək deyib: "Məscid sökənlər bilməlidirlər ki, Allah Qurani Kərimdə buyurur: "Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!".

Son olaraq Kərbəlayi Zülfüqar: "Biz bir sözlə demək istəyirik ki, məscid sökülməsi çox pis bir əməldir və hər bir vicdanlı hökümət rəsmisini və məmuru bu qərarın ləğvi üçün əlindən gələni əsirgəməməyə çağırıram"-deyib.

Hacı Namiq Babaxan:"Məscid söküntüsünə etiraz edənlərə təşəkkür edirəm"

İslam-Azeri.az internet qəzeti həmçinin ilahiyyatçı alim, Birlik Təşkilatının sədri Hacı Namiq Babaxana müraciət edib.

O da dünənki etirazları dəstəklədiyini bildirib.

"Biz dünənki etirazçılarla yəni məscid sökülməsinə etiraz edənlərlə həmrəyik. Hamısının əlindən öpürəm. Onlara təşəkkür edirəm. Bu etiraz bütün dindarların etiraz səsləri idi"-deyən Hacı Namiq etirazçılara güc tətbiq edənlərə də: "Etirazçılara güc tədbiq edənlərə, etiraz edənləri vəhşicəsinə döyənlərə isə sözüm budur ki, onlara ar olsun!"-deyib.

Mir Cəfər ağa: "Dünənki etirazçıları dəstəkləyirik"

İslam-Azeri.az internet qəzeti sonra Quran və Hədis Elmləri üzrə mütəxəssis alim Mir Cəfər Əyyubzadəyə müraciət edib.

O da bu etirazlardan xəbərinin olduğunu bildirərək: "Dünən məscidin sökülməsinə etiraz edənləri tam olaraq dəstəkləyirəm. Dinin qeyrətini çəkiblər. Çox düz iş görüblər və dini vəzifələrinin düzgün olaraq yerinə yetiriblər"-deyərək məscidin sökülməsinə çalışanların əməlini də pisləyərək: "O kəslər ki, məscidin sökülməsinə çalışırlar, onların İslamdan heç xəbərləri yoxdur. Onlar məlum olan kəslərin sifarişi ilə İslam təməllərinə zərbə vurmaq istəyirlər. Ümid edirik ki, Allah bunların bəlasını verəcək!"-deyib.

Hacı Mövsüm Səmədov: "Dünənki etirazı təşkil edənlərə minnətdarlığımı bildirirəm"

İslam-Azeri.az internet qəzeti ilahiyyatçı alim, Islam Partiyasının sədri Hacı Mövsüm Səmədova müraciət edib.

AİP sədri də bu etirazlara dəstək verdiklərini və həmrəy olduğunu önə çəkərək: "Dünənki etirazlar dünyaya göstərdi ki, Azərbaycanda İslamı, dini və məscidləri müdafiə edən dindarlar var. Onlar təzyiqlər və həbslərin olacağını bilə-bilə məcsiddən müdafiə etdilər. Biz onlara öz təşəkkürümüzü bildiriririk. Allah ziyafəti ayında atılan bu addım bütün müsəlmanlara hədiyyə idi. Mən şəxsən bu aksiyanı təşkil edənlərə öz minnətdarlığımızı bildirirəm"-deyib.

O həmçinin polis təzyiqlərinə də toxunaraq: "Çox təəssüflər olsun ki, bizim polislər bu cür vəhşililırlə məsciddən müdafiə edənlərə xəsarət ediblər. Allahdan da onların da cəzasını verməyini arzu edirik""-deyib.

İslam-Azeri.az internet qəzeti daha sonra DEVAMM sədri və " İçərişəhər «Cümə» məscidinin imam camaatı Hacı İlqar İbrahimoğludan da münasibət öyrənib.

O da bu aksiyaları normal hadisə hesab edərək: "Göründüyü kimi ölkədəki vəziyyət və xüsusilə dünənki etiraz onu göstərir ki, insanların məscidlərin sökülməsinə dözümlüyü yoxdur. Bu etirazlardan sonra məmurlar bunu yaxşı düşünsünlər. Həmçinin dünənki etirazlardakı zor tətbiqini də pisləyirəm. Həmçinin bəziləri bu etirazlara radikallıq deyirlər, mən bununla razı deyiləm. Bu radikallıq deyil normal şəraitdə keçirilmiş etiraz aksiyasıdır"-deyib.
 
  • Yazılıb
  • da (də) 2009 Sep 02