Tarix : 2009 Sep 02
Kod 13813

Təbriz Universitetilə Azərbaycan R. B.A.T.mərkəzi arasında razılaşma sənədi imzalanıb

Təbriz Universiteti ilə Azərbaycan Respublikasının Beynəlxalq Ali Təhsil mərkəzi arasında elm və təhsil sahəsində razılaşma sənədi imzalanıb
Azərbaycan Servisi/Aran Agentliyi

Təbriz Universiteti ilə Azərbaycan Respublikasının Beynəlxalq Ali Təhsil mərkəzi arasında elm və təhsil sahəsində razılaşma sənədi imzalanıb.
Təbriz Universitetinin rektoru Məhəmmədtəqi Ələvi çərşənbə günü sentyabrın 2-də bir müsahibədə Azərbaycan Respublikasının Beynəlxalq Ali Təhsil mərkəzi ilə universitet arasında imzalanmış bu müqavilədə məqsədin qarşılıqlı potensiallardan daha yaxşı istifadənin olunması üçün elm sahəsində təcrübə mübadiləsi, həmçinin müştərək tədqiqatların genişləndirilməsi istiqamətində əlaqələrin genişləndirilməsinə optimal şəraitin yaradılması olduğunu bildirib.
Ələvi habelə Təbriz Universitetində aspirantura və doktorantura, xüsusilə də Təbriz Universitetinin "Beynəlxalq Pərdis Araz"ında kursların yaradılmasında əməkdaşlığı Azərbaycan Respublikasının Beynəlxalq Elmlər və Ali Təhsil Mərkəzi ilə imzalanmış razılaşma sənədinin digər faktlarından sayıb.
Azərbaycan Respublikasının Beynəlxalq Elmlər və Ali Təhsil Mərkəzinin rektoru Xəlil Quliyev deyib: İran və Azərbaycan Respublikası tarixi və mədəni ortaqlıq xüsusiyyətlərinə görə qarşılıqlı əməkdaşlıqları genişləndirmək üçün əlverişli şəraitə malikdirlər.
Təbriz Universiteti 31 xarici universitetlə əməkdaşlıq müqaviləsinə malikdir.

  • Yazılıb
  • da (də) 2009 Sep 02