Tarix : 2009 Sep 02
Kod 13815

Hacı İlqar: ''Dünənki etiraz onu göstərir ki, insanların məscidlərin sökülməsinə dözümlüyü yoxdur''

Göründüyü kimi ölkədəki vəziyyət və xüsusilə dünənki etiraz onu göstərir ki, insanların məscidlərin sökülməsinə dözümlüyü yoxdur
Azərbaycan Servisi/Aran Agentliyi
Bildiyiniz kimi dünən məscidlərin sökülməsinə etiraz əlaməti olaraq Bakı meriyasının qarşısında etiraz aksiyası keçirib.

Bununla bağlı ölkənin İlahiyyatçılarından münasibət öyrəndik.

İslam-Azeri.az internet qəzeti DEVAMM sədri və " İçərişəhər «Cümə» məscidinin imam camaatı Hacı İlqar İbrahimoğludan da münasibət öyrənib.

O da bu aksiyaları normal hadisə hesab edərək: "Göründüyü kimi ölkədəki vəziyyət və xüsusilə dünənki etiraz onu göstərir ki, insanların məscidlərin sökülməsinə dözümlüyü yoxdur. Bu etirazlardan sonra məmurlar bunu yaxşı düşünsünlər. Həmçinin dünənki etirazlardakı zor tətbiqini də pisləyirəm. Həmçinin bəziləri bu etirazlara radikallıq deyirlər, mən bununla razı deyiləm. Bu radikallıq deyil normal şəraitdə keçirilmiş etiraz aksiyasıdır."-deyib.
 
  • Yazılıb
  • da (də) 2009 Sep 02