Tarix : 2009 Sep 07
Kod 13847

Gürcüstanda dəmiryolunda partlayış

Partlayış zamanı xəsarət alanların olmadığı önə çəkilir
Gürcüstan Servisi/Aran Agentliyi
İslam-Aeri.az internet qəzetinin Kanal 24-ə istinadlı xəbərinə görə Gürcüstanda dəmiryolunda partlayış baş verib.

Verilən məlumata görə partlayış Zuqdidi şəhərində dəmiryolunda qeydə alınıb.

Partlayış zamanı xəsarət alanların olmadığı önə çəkilir.

Hadisə ilə bağlı yerli hüquq mühafizə orqanları tədqiqata başlayıb.

Hadisənin Abxazıya yaxınlığında baş verdiyi, həmçinin partlayışın TNT tipli maddə ilə törədildiyi qeyd edilir.
  • Yazılıb
  • da (də) 2009 Sep 07