Tarix : 2009 Sep 07
Kod 13851

Qüds günündə dünya, İranın Fələstinə dəstəyinin bir daha şahidi olacaq

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Həmas lideri və Fələstinin baş nazri İsmayıl Haniyə ilə telefon əlaqəsi qurub
İİR Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Fars Nyusa istinadlı xəbərinə görə bu sözləri İran prezidenti Fələstinin qanuni baş naziri ilə telefon söhbətində bildirib.

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Həmas lideri və Fələstinin baş nazri İsmayıl Haniyə ilə telefon əlaqəsi qurub.

Danışığda İran prezidenti İran milləti və dövlətinin məzlum Fələstin millətinə dəstəyini davam etdirəcəyini, Qüds günündə isə dünyanın bir daha İran millətinin Fələstinə verdiyi dəstəyinin şahidi olacağını bildirib.

İran prezidenti həmçinin İsraili dəstəkləyənlərin bu rejim dağıldığı gün peşman olacaqlarını, millətlərin isə başda Qəzza qətliamı olmaq şərtilə bütün İsrail cinayətlərinə susmalarını ittiham edəcəklərini qeyd edib.

İsmayıl Haniyə də Əhmədinejadın ikinci dəfə İran prezidenti seçilməsini təbrik edərək, Fələstin xalqı və dövlətinin İmam Xomeyni, İslam inqilabı rəhbəri, İran prezdenti və İran xalqına minnətdar olduğunu önə çəkib.
 
  • Yazılıb
  • da (də) 2009 Sep 07