Bir mədəniyyət xadimi həqiqətlərin bəyan edilməsi və təbliğ edilməsi sahəsində çox mühüm və məsuliyyətli bir vəzifəyə malikdir və həqiqəti dərk etmək üçün çalışmalı və səy göstərməlidir
İİR Servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei sentyabrın beşində bir qrup şair, yazıçı, mədəniyyət və incəsənət xadimi iə görüşdə İnqilab şairlərinin şer məcmuəsinin keyfiyyət və kəmiyyət baxımından yaxşılaşmasına işarə edərək deyiblər : Kəlmə, məna ,ahəng , kəlmələrin seçilməsi və fantaziyanın genişliyi ölkədə şer fidanının çiçəklənməsindən xəbər verib. İslam İnqilabının Böyük Rəhbəri İslam İnqilabının hədəf və məqsədlərini parlaq ulduzlardan ibarət bir kompleks adlandırıb və onun hərəkət istiqamətini təyin etdiyini deyiblər . O həzrət sonra artırıblar : İnqilab şeri inqilabın ədalət ,əxlaq , həqiqi müstəqillik o sıradan mədəni müstəqillik , iranlı mahiyyətin bərpası kimi ali məqsədlərinə xidmət etməlidir və biz müqəddəs müdafiə dövründə gördük ki, İran xalqı öz məqsədlərinə doğru qanad açıb uça bilər .
İslam İnqilabının Böyük Rəhbəri İranda keçirilən prezident seçkilərindən öncəki və sonrakı hadisələri zəif və güclü cəhətlərin aşkar edilməsi istiqamətində bir manevr, ümumilikdə isə böyük bir nemət adlandırıblar və mədəniyyət xadimlərinin belə bir atmosferdə daşıdıqları mühüm məsuliyyəti açıqlayaraq deyiblər : Bir mədəniyyət xadimi həqiqətlərin bəyan edilməsi və təbliğ edilməsi sahəsində çox mühüm və məsuliyyətli bir vəzifəyə malikdir və həqiqəti dərk etmək üçün çalışmalı və səy göstərməlidir . Çünki fitnə baş verdikdə hadisələri düzgün qiymətləndirmək , hücumçu və müdafiəçi tərəfləri ,dostu və düşməni ayrıd etmək çətin olur .
O həzrət bunun üçün bəsirətin olmasını zəruri adlandırıb və deyiblər ki,mədəniyyət və ədəbiyyat sahəsində xidmət göstərənlər İslam İnqilabının Böyük hərəkətinin bir parçasıdırlar və həqiqət hesab etdikləri şeyi aydın və aşkar formada bəyan etməlidirlər . Çünki mədəniyyət sahəsində siyasətçilərin yolu ilə getmək olmaz . Problemləri həqiqətləri bəyan etmək yolu ilə həll etmək olar . İslam İnqilabının Böyük Rəhbəri yumşaq müharibəni bu günümüzün gerçəkliyi adlandırıb və 20 il bundan öncə etdikləri xəbərdarlıqları yada salaraq deyiblər : İslam İnqilabı İmam Xomeyni və İslami quruluşun ideyalarına qarşı tam təchiz olunmuş , qəzəbli insanların bir araya gəldiklərini və eyni cəbhədə yer adlıqlarını gördükdə insan yumşaq müharibənin varlığına inanır . Əlbəttə bəlkə də bəziləri bunu görə bilmirlər .
O həzrət əlavə ediblər : Bu yumşaq müharibədə mədəniyyət və incəsənət xadimlərinin vəzifəsi təsirli şəkildə meydana daxil olmalarıdır .
Səmimi atmosferdə baş tutan bu görüşün davamında İslam İnqilabının Böyük Rəhbərinin imaməti ilə şam və xiftən namazları qılınıb və iftar edilib .
Görüşün davamında bəzi gənc və yaşlı şairlər İslam İnqilabının Böyük Rəhbərinin hüzurunda dini , əxlaqi , ictimai və qəhrəmanlıq mövzusunda yazmış şerlərini oxuyublar .