İstanbulun yaxınlığında Kamboca bayrağı altında üzən, heyəti əsasən azərbaycanlılardan ibarət olan "Kramko" (Kramco) gəmisi Qara Dənizdə qəzaya uğrayıb
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərin verdiyi məlumata görə, İstanbulun yaxınlığında Kamboca bayrağı altında üzən, heyəti əsasən azərbaycanlılardan ibarət olan "Kramko" (Kramco) gəmisi Qara Dənizdə qəzaya uğrayıb. Bu barədə İstanbuldan Azərbaycanın Türkiyədə baş konsulu Səyyad Aran xəbər verib. Onun sözlərinə görə, gəmidə 12 nəfər heyətindən səkkiz nəfər Azərbaycan vətəndaşı, iki gürcü, bir ukraynalı və bir nəfər türk vətəndaşı olub. Bütün gəmi heyətinin üzvləri xilas edilib. Qəzanın səbəblərinin araşdırılması aparılır.Qəzaya uğramış Azərbaycan vətəndaşlarının tam siyahısı və onların vəziyyəti haqqında məlumat bu gün açıqlanacaq.//Trend