Tarix : 2009 Sep 08
Kod 13860

Gürcüstanda güclü zəlzələ baş verdi

Episentri Tiflisdən 156 kilometr aralıda qeydə alınan yeraltı təkanların gücü barədə ziddiyyətli məlumatlar var
Gürcüstan Servisi/Aran Agentliyi

Bu gecə Gürcüstanda güclü zəlzələ olub. “Reuters” agentliyi xəbər verir ki, məlumatı ABŞ Geoloji Xidməti yayıb. Yeraltı təkanların gücü 6,2 bal olub. Amerika seysmoloqlarının məlumatına görə, yeraltı təkanların episentri Gürcüstanın şimalında-paytaxt Tiflisdən 156 kilometr aralıda olub. Təkanların gücü Tiflisdə 3-4 bal gücündə hiss olunub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.
Gürcüstan Hidrometeorologiya Mərkəzi isə zəlzələnin gücünün 8 bal olduğunu elan edib. Mərkəzin məlumatına görə, yeraltı təkanlar paytaxt Tiflisdə 3-4 bal gücündə hiss olunub.anspress

  • Yazılıb
  • da (də) 2009 Sep 08