Tarix : 2009 Sep 08
Kod 13861

Azərbaycan R-da məscidlərin sökülməsi faciədir

Azərbaycan Media Mərkəzində Cümə İcmasının təşkilatçılığı ilə «İslam Mədəniyyəti Paytaxtının sökülən məscidləri» mövzusunda mətbuat konfransı keçirilib
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Media Mərkəzində Cümə İcmasının təşkilatçılığı ilə «İslam Mədəniyyəti Paytaxtının sökülən məscidləri» mövzusunda mətbuat konfransı keçirilib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Hacı İlqar İbrahimoğlu Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilən bir ildə islamofobiya təzahürlü proseslərin bir destruktiv sel kimi milli-mənəvi dayaqlarımızı sarsıtmaqda olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, baş verənlər o qədər sarsıdıcıdır ki, bunlari mənəvi tənəzzül prosesinin bir halqası kimi qəbul edilə bilər.
Hacı İlqar vurğulayıb: «Hazırkı nəsil bunun acı nəticələrini mənəvi-psixoloji müstəvidə yaşayacaqsa, gələcək nəsillər üçün bu - dayanıqlı və sağalmaz milli natamamlıq kompleksi, «öz məscidini dağıdan millətin övladı» sindromu deməkdir.

«Mənəvi Saflığa Dəvət» İctimai Birliyinin sədri, fəlsəfə elmləri doktoru Hacı Elşən Mustafaoğlu müqəddəs Ramazan ayında məscidlərin sökülməsi və qapadılmasının faciə olduğunu bildirib və deyib: «Biz televiziyada Şuşa məscidini sınıq-salxaq vəziyyətdə görəndə ürəyimiz ağrıyır. Lakin ermənilər Şuşa məscidini sökməyiblər. Gör, nə qədər amansız olasan ki, erməninin etmədiyini sən edəsən. Hökumət bir tərəfdən Təzə Pir məscidini tikir, digər tərəfdən Fatimeyi-Zəhra məscidini sökmək istəyir. Onlar məntiqsiz bəhanələr gətirməklə bir neçə məscidimizi qapadıblar. Harada görmüsünüz ki, məhkəmə hansısa kilsənin və ya sinaqoqu qapadılması ilə bağlı qərar çıxarsın? Lakin bizim məscidlər qapadılır və məntiqsiz qərarlar çıxarılır».

İslam Partiyasının sabiq sədri Hacı Hacıağa Nurinin sözlərinə görə, son zamanlar məscidlərimizə olan münasibət Azərbaycanın milli məsələsidir.
Hacı Hacıağa Nuri əlavə edib: «Hələ 1937-ci ildə Stalin repressiyasında Azərbaycandan on minlərlə ruhaninin sürgün edilməsinə baxmayaraq, məscidlər sökülmədi. Allah-taaladan bizə bəla gözləyir. Biz torpaqlarımızı almaq haqda fikirləşmək əvəzinə, məscidəlimizi sökürük. Heç kim bunu təsəvvürünə gətirmədi. Ancaq reallıq göz qarşısındadır. Axırda hər şey bəlli olacaq ki, məscidlərin sökülməsi nə məqsəd daşıyır, o ərazini kimə və hansı vəsaitə satıblar. Hidayət Orucov vəzifəyə gələndən bəri məscidlərin sökülməsi daha intensiv xarakter alıb.

  • Yazılıb
  • da (də) 2009 Sep 08