ABŞ kəşfiyyat nümayəndələrini kritik qabiliyyətləri öyrənmələri üçün Türkiyə başda olmaqla bəzi ölkələrə gəzintiyə göndərir
Türkiyə Servisi/Aran Agentliyi
"Vaşinqton Post" qəzeti, ABŞ-da Howard Universiteti və Virginia Techin, hələ məzun olmayan tələbələrə, ölkənin kəşfiyyat təşkilatları üçün kritik əhəmiyyət daşıyan qabiliyyətlərin öyrədildiyi akademik bir proqrama qatıldığını yazıb. Xəbərdə bu proqram çərçivəsində qonşu Türkiyə Cümhuriyyətinin də olduğu müxtəlif ölkələrə tələbələri yerində məlumatlandırmaq üçün gəzintilərin təşkil edildiyi vurğulanır.
2.5 MİLYON DOLLARLIQ BÜDCƏ
"Vaşinqton Post" qəzeti, ABŞın prestijli yüksək təhsil orqanlarından olan Howard Universiteti və Virginia Techin, Milli Kəşfiyyat Direktoru Bürosu tərəfindən maliyyələşdirilən 2.5 milyon dollarlıq bir akademik proqrama qatıldıqlarını bildirərək, proqramın hələ məzun olmayan tələbələrə ölkənin milli kəşfiyyat təşkilatları üçün kritik əhəmiyyət daşıyan qabiliyyətlərin öyrədilməsini məqsədlədiyini bildirir. Qəzetə məlumat verən proyekt rəhbəri Ronald Sanders, sözügedən proqramın, "bizim üçün işləyəcək" olan universitet məzunlarından ibarət bir qaynaq meydana gətirməyi məqsəd qoyduğunu söyləyib.
"XÜSUSİ XARİC TƏCRÜBƏSİ"
Kəşfiyyat orqanlarının zənci tələbələrin oxuduğu universitetlərdən də işçi aldıqları bildirilən xəbərdə, proqramın bir hissəsinin "xüsusi xaric təcrübələri" olduğu, kurslara qatılanlar üçün xarici bir ölkədə 10-14 gün davam edən bir səyahətin də təşkil edildiyi vurğulanır. Xəbərdə Howard Universiteti və Virginia Techə istiqamətli maliyyəsini açıqlayan Milli Kəşfiyyat Direktoru Dennis C.Blairin, ötən həftədəki proqramla bağlı məlumat verərək, bu çərçivədə son dövrdə Çin, Ekvator, Misir, Qana, Cənub Afrika və Türkiyəyə gəzintilərin təşkil edildiyini bildirib.