Tarix : 2009 Sep 10
Kod 13900

Azərbaycan respublikasında dinə qarşı yürüdülən siyasətlər Sovet dövründəki siyastlərə uyğundur

.
Azərbaycan Servisi/Aran Agentliyi
Vəli Cabbari
Bugünlər müsəlman ölkə, Azərbaycan respublikasından qəribə xəbərlər eşidirik.bu ölkənin mediyalarında nəşr olunan son xəbərlərə görə dövlət tərəfindən bir neçə məscid Bakıda dağıdılıb.onlar elan ediblər ki, son 20 ildə dövlətin icazəsi olmadan inşa edilən məscidlər, dağıdılacaq.başqa sözlə desək dövlətin nəzarətində olmayan məscidlər dağıdılacaq.bu bir şəraitdədir ki, Azərbaycan xalqı məscidlərin az olduğuna görə dini mərasimlərin icrasında çətinlik çəkirlər və dini təhsildən məhrumdurlar.
Son aylar Azərbaycan;n milli məclisi bir qanun təsdiqlədi ki, bu qanuna əsasən bütün dini qruplar və cəmiyyətlər dövlətin nəzarəti altında olmalıdır.və dini cəmiyyətlərə nəzarət olunmadığına görə, gərək həmin təşkilatlar fəaliyyətlərini davam etdirmək  üçün dövlətdən rəsmi şəkildə icazə almalıdırlar.dövlət tərəfindən icazəsi olmayan cəmiyyətin fəaliyyəti qeyri-qanunidir.(dövlətin mənafeyinə uyğun olan cəmiyyətlər fəaliyyət göstərməli və dövlətə zidd olan cəmiyyətlər dağıdılmalıdır.)və xaricədə dini təhsil almış ruhanilərin fəaliyyəti dayandırılıb.(halbuki Ruhanilər İdarəsinin rəisi və müavini Allaşükür Paşazadə və Səlman, xaricdə təhsil alıblar.)və dövlətin nəzarəti olmadan dini məktəblərin fəaliyyəti dayandırılacaq.
Hicablı qadınlara məhdudiyyətlər davam edir.hicabli qadınlara universitetlərdə məhdudiyyətlər qoyulub.xarici pasporta hicablı şəkil çəkdirmək qadağandır.belə qadınlar dövlət orqanlarında çalışa bilmirlər və ictimai-siyası fəaliyyətlərdə iştirak edə bilmirlər.(bu sıxıntılara baxmayaraq gündən-günə hicablı qadınların sayı çoxalmaqdadır.)
Dövlətin dinə qarşı yürütdüyü siyasətlər yalnız bunlar deyil.
Bir gün Azan səsi qadağan olunur və başqa gün Türkiyədə olduğu kimi bütün dini şəxslərin vahid formada olduqları əmr edilirlər.bir gün dindarların evinə hücum edirlər.və belə təbliğ edirlər ki, bir qrup terroristlə mübarizə aparıblar.ancaq məsələni araşdırdıqda məlum olur ki, bir neçə cavan və ya yeniyetmə dini təhsillə məşğuldur.dini kitablar qadağan edilir, ancaq vəhhabiyyət, bəhayi və... aid azdırıcı dini kitablar azad şəkildə təbliğ edilir.halbuki bu ölkədə Müsəlman və Şiələr azad şəkildə dini mərasimlərini icra edə bilmirlər.Şiələrin əleyhinə xəbər yayan xarici orqanlar dost olaraq tanıdılır.
Bu ölkədə tele kalanlar əxlaqa zidd verilişləri təbliğ edirlər və xalqın İslami, milli tarixini sual altına aparırlar.və sionism əvəzinə İranı düşmən tanıdırlar.
İslama zidd yürüdülən siyasətdən məqsəd nədir?Azərbaycan respublikasında dindarlar ne ediblər ki, keçmiş Sovet hakimiyyəti dövründə və sionist rejimi Filistində müsəlmlara qarşı yürütdüyü siyasət kimi onlarda belə yaşamalıdırlar.
Bizim fikrimizcə, Azərbaycanda gündən-günə məscidlərdə namaz qılmaq və İslama marağın çoxalması hakimiyyəti qorxuya salıb.dinə qarşı təzyiqlərin çoxalmasına baxmayaraq xalqın marağı dinə çoxalmaqdadır və xalq İslam dinini canlandırır.  
Son zamanlar qəzetələrdə belə bir xəbər nəşr olundu ki, Hidayət Orucov “Dini İşlər”orqanının sədri zabitlərlərlə görüşüb və onlardan istəyib ki, ordu daxilində dini mərasimlər icra edilməsin. bir neçə zabit ona cavab olaraq deyiblər ki, biz Türkiyədə hərbi təhsil aldığımız müddətdə Türkiyənin zabitləri azad şəkildə dini mərasimlərini icra edirdilər.və beləliklə öz etirazlarını bildiriblər.və Hidayət Orucov onlara deyib: “belə bir hadisə Azərbaycan respulikasında olmamalıdır.hətta bizim, Dini İşlər orqanında namazxanamız yoxdur.bizim namaz qılanımız da yoxdur.və siz, zabitlər gərək ordunu dindən uzaq saxlayasınız.
İslama qarşı belə bir çıxışlar, hakimiyyətin dinə qarşı olduğunu bir daha sübut edir.ancaq bunlara baxmayaraq xalq bu təzyiqlərə məhəl qoymayıb dini etiqadlarını gündən-günə gücləndirirlər.
70 il sovet hakimiyyəti məscidləri dağıtdı və müsəlmanları işgəncə etdi, ancaq xalqı dini etiqadlardan uzaqlaşdıra bilmədi.
  • Yazılıb
  • da (də) 2009 Sep 10