Tarix : 2009 Sep 10
Kod 13901

İranın əksinə olaraq Amerika və Rusiya sözdə Azərbaycanın strateji müttəfiqidirlər, ancaq əməldə ...

.
Azərbaycan Servisi/Aran Agentliyi
Aran Agentliyi/ Azərbaycan bölməsi:
Mirzağa Məhəmmədov -“Yeni Fikir”qəzeti Azərbaycan Respublikasının Qızıl Aypara Cəmiyyəti
iki nəhəng ölkə Amerika və Rusiya Azərbaycanın strateji müttəfiqləridir. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.ancaq Ermənistandan müdafiə edirlər.Amerikanın İraq və Əfqanistandakı müharibələri, Rusiyanın Gürcüstana hücumu nəhəng dövlətlərin rolunu aydınladır.bu dövlətlər bir-birlərini düşmən tanıyaraq, bir sıra səbəblərə görə Ermənistan məsələsində bir-birləri ilə dostdurlar.qeyd olunduğu kimi BMT-də Azərbaycanın əleyhinə səs verdilər.bu dövlətlər, hegemon dövlət kimi tanınır.və bu dövlətlər o zaman İran İslam Respublikasını təhdid etdilər ki, İran İraq müharibəsində qalib gəldi və Azərbaycanın haqqından müdafiə etdi.1999-cu ildə Vəfa Quluzadə, “Gələcəyin Üfüqləri”adlı kitabını nəşr etdirdi. “1992-1993-cü illərdə Azərbaycanın çətin günləri və Qarabağ məsələsində İranın mövqeyini belə izah edir: “ İranla iqtisadi əməkdaşlığın əhəmiyyətini izah etməyə heç bir ehtiyac yoxdur.çünki bu əməkdaşlıq 1-ci yerdədir.İran da Türkiyə kimi Azərbaycana çoxlu maddı yardımlar edib. bu il İranın qazı bizim evlərimizi isitdi. yaralılarımız İran xəstəxanalarında pulsuz müalicə oldular.İrandan gətirilən ovtobusların köməyi ilə nəqliyyatda olan problemi aradan qaldırdıq.bunlardan əlavə ortaq tarix, mədəniyyət və dinə sahib olduğumuz üçün gərək İrana qardaş ölkə kimi baxaq.və əlaqələrimizi daha da möhkəmləndirək.
Ermənistan və Azərbaycan arasında münaqişəni həll etmək üçün İran birinci ölkə idi ki, siyasi yollarla münaqişəni həll etməyə çalışırdı.münaqişənin həllində maneçilik törədən ölkələrin günahını İrana aid etməməliyik.bugün də məlum olur ki, münaqişənin həllində İranın vasitəçiliyinə, hegemon Rusiya icazə vermir.
Tədqiqatıma əsasən münaqişənin başlanğıncında İran hərbi təcrübəsini Azərbaycanın ixtiyarında qoymuşdur.hətta silah yardım etmişdrir.yüzlərlə iranlı qardaşlarımız Qarabağ münaqişəsində azərilərlə bərabər şəhid oldular.o zaman Azərbaycanın prezidenti Elçibəy, çıxşlarında daima təkid edirdi ki “İran bizimlə dost deyil”.İrəvanda ermənilər əsir olmuş əsgərlərimizin silahlarını göstərirlər və İran silahları olduğunu iddia edirlər.
hegemon dövlətlərə gücümüz çatmayanda İranı məhkum edirik.və münaqişəni həmin dövlətlər yaratdığını unuduruq.həmin ölkələr ki, İranın əleyhinə iqtisadı blokada elan ediblar.30 il bundan öncə Amerika və müttəfiqləri çalışırdılar İranın inqilabını dağıtsınlar.bu gün də İraqa və Əfqanistana daxil olmaqla İrana qarşı lovğalanır.Bu hücumlara İranın mövqeyi belədir: “ordunu İraqa göndərmək və külli miqdar da pul xərclənmək xalqa olan faydası nədir?”məncə bu bir cavabdır Amerikanın konqresinə.həmin konqres 2010-cu ilə 10 milyon dollar Qarabağa yardım istəyib.
İranın Azərbaycana qarşı siyasi mövqeyi məlumdur.H.Əliyev deyirdi: “ Azərbaycan respublikası İranla dost və qardaşdır.bizim dostluğumuz əbədidir....dünyanın heç bir ölkəsi bu qədər bir-birlərinə yaxın və ortaq tarixə sahib deyil.
M.Ə. Rəsulzadə mühacirət dövründə yazdığı məqalədə -Azərbaycanın savaşı-yazır: “1920-ci ilin aprel ayının əvvəllərində Qızıl ordu Azərbaycanı işğal etdi və 1200 vətəndaşımız Arazın o tayına pənah apardı.”
Lazim deyil İranla Ermənistanın əməkdaşlığını bu qədər də əhəmiyyətli göstərək.necə ki Azərbaycanla İranın arasında olan iqtisadi əlaqələr daha əhəmiyyətli və genişdir.
Azərbaycanın 70-75% əhalisi şiədir.İran da Şiə məzhəbdir.İran Azərbaycanda yalnız bir məscid inşa edib.halbuki Türkiyə Şəhidlər Xiyabanında inşa etdiyi məsciddə şiələri nəzərdə almadı və beləliklə başqa 24 məscidi inşa etdi.Ərəbistan və başqa ölkələrin vasitəsi ilə inşa edilən qeyri-qanuni məscidlərdə vəhabilər toplaşır və müsəlmanlar arasında ixtilaflara səbəb olublar. kapital qoyluşumuz Türkiyədə daha çoxdur.görəsən soydaşlarımız Türkiyədə bir məscid inşa edə biliblər?əlbəttə ki xeyr.hegemon dövlətlər çalışır vətənpərvərlik məktəbi olan Aşur və Kərbəla müsibətini unutdursun.qardaşlar bunu  dərk etməlidir.
Dünyada mövcud olan siyasi-iqtisadi dəyişikliklər İran və Azərbaycanın əlaqələrinə təsir göstərmədi.hər bir sahədə əməkdaşlığımız davam edir.ötən ilin hesabatına əsasən İranla Azərbaycanın iqtisadi əlaqələri 4 qat artıb.
İranın dünya ölkələrindən bircə istəyi var:bütün ölkələr sülhdə yaşamalı və qarşılıqlı hörmət olmalıdır. Filistinlilərin haqqı rəsmiyyətə tanılmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.İran nüvə silahı düzəltmək niyyətində deyil.
İlham Əliyev İngiltərəyə səfər etdiyi zaman İran haqqında jurnalistlərə dedi: “ İranla bizim əlaqələrimiz qədim tarixə malikdir.və xalqlarımız bir-birinə yaxındır.müxtəlif sahələrdə əməkdaşlıq edirik.İranın nüvə layihəsi  haqqında dəfələrlə mövqeyimizi bildirmişik.hər bir ölkə nüvədən dinc məqsədlərdə istifadə edə bilər. və əgər beynəlxalq ölkələr bu məsələdən nigarandırlar danışıq yolu ilə məsələni həll edə bilərlər.
  • Yazılıb
  • da (də) 2009 Sep 10