Tarix : 2009 Sep 10
Kod 13902

Türkiyə ''Qüds günü''-nə hazırlaşır

Verilən məlumata görə Türkiyənin bir şox şəhər və qəsəbələrində bununla bağlı konfrans və aksiyaların keçirilməsi planlaşdırılıb
Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Türkiyə müxbirinin verdiyi məlumata görə Ramazan ayının son cümə günündə hər il keçirilən "Qüds Günü" Türkiyədə geniş surətdə keçiriləcək.

Verilən məlumata görə Türkiyənin bir şox şəhər və qəsəbələrində bununla bağlı konfrans və aksiyaların keçirilməsi planlaşdırılıb.

Vanda isə Erdem Der tərəfindən böyük bir mitinq keçirilməsi gözlənilir.

Bu barədə saytımızın Türkiyə müxbirinə məlumat verən İsra mədəniyyət mərkəzinin sədri Nürəddin Şirin bir çox aksiyalarda İsrail başda olmaq üzrə bütün imperialistərin zülmlərinin etiraz ediləcəyi bildirilmişdir.

"Əlbəttə ki, sağlıq olsun biz hər il etdiyimiz kimi bu ildə Qüds gününü əziz tutacaq və zülmə imperializmə yox deyəcəyik. Türk xalqının hər il olduğu kimi bu ildə İslam ümmətinin vəhdətinə sadiq qalacağını düşünürəm"-deyən Nürəddin Şirin Qüdslə bağlı çox sayda konfranslara dəvət aldığını bildirib.
 
  • Yazılıb
  • da (də) 2009 Sep 10