Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə Silahlı qüvvələri keçmiş PKK terror təşkilatı üzvlərinin zərəsizləşdirilməsi üçün Şırnak, Siirt rvə Həkkəri bölgələrində əməliyyatları davam etdirərkən İran ordusu da bu gün səhər saatlarından terror təşkilatının bu ölkədəki qolu PJAK-a qarşı əməliyyatlara start verib. Məlumatlara görə, İran təhlükəsizlik qüvvələri 5 saat ərzində PJAK-ın İran-İraq sərhəddindəki hədəflərini bombalayıb. Əməliyyatların təfərrüatları açıqlanmır.