İran düşmənləri bu ölkə xalqının əlamətdar səhnələrdə tarixi fəallığını, davamlı təhlükəsizliyi və misilsiz və hiddətini hədəfə alıblar
İİR servisi/Aran Agentliyi
Mahmud Əhmədinejad bu gün Tehranda nizam-intizam və polis qüvvələrinin komandirləri ilə görüşdə bildirib ki, İran xalqı tarix boyu və xüsusən ötən 30 ildə həmişə düşmənlərin intriqalarını boş çıxarıb.
Seçki sonrası hadisələrə toxunan dövlət başçısının fikrincə, düşmənlər şübhə yaratmaq və qərəzli hərəkətləri ilə İran xalqının parlaq simasına xələl gətirməyə çalışdılar. Amma bu müdaxiləçi qüdrətlər İran xalqının qarşısında məğlubiyyət təcrübəsindən ibrət almalıdırlar.
İran prezidenti qeyd edib ki, onlar uzun illər demokratiya şüarı altında sərvət, media və aldadıcılıq yolu ilə öz iradələrini xalqlara tətbiq etdilər.
Əhmədinejadın sözlərinə görə İranın mömin və əzmkar xalqı bəşəriyyətin özünə yeni üfüqlər açıb. Hazırda isə kapitalizm quruluşunun qeyri-insani və istilaçı planlarını dağıtmağa qadirdir.