Gecə saatlarında Konyadakı yeraltı təkanlar nəticəsində iki yaşayış binasında dağıntı baş verib
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyənin Konya şəhərində 4.5 bal gücündə zəlzələ baş verib. İhlas agentliyi (İHA) xəbər verir ki, ötən gün yerli vaxtla saat 21.29-da (Bakı vaxtı ilə 23.29) baş vermiş yeraltı təkanda iki yaşayış binasında dağıntı meydana gəlib və yüzdən çox xəsarət alan olub. Zəlzələnin episentrinin Səlcuqlu rayunandakı Sille kəndində, yerin 5 km dərinliyində qeydə alındığı bildirilir. Şəhər rəsmiləri yaralıların əksəriyyətinin yeraltı təkanlar hiss edildiyi vaxt təşvişə düşərək pəncərələrdən tullanan insanlar olduğunu bildirib. Hadisə yerində mülki müdafiə dəstələrinin faliyyətləri davam edir.