Mübarək Ramazan ayının son cümə günü 18 sentyabrda İsra Mədəniyyət Mərkəzi tərəfindən İstanbulda böyük tədbir keçiriləcək
Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Türkiyə müxbirinin verdiyi məlumata görə Mübarək Ramazan ayının son cümə günü dünyanın hər yerində olduğu kimi Türkiyədədə qeyd olunacaq.
Müxbirimizə Türkiyədə keçiriləcək tədbirlərin siyahısı məlum olub.
Ona bu barədə İsra Mədəniyyət Mərkəzinin rəhbəri Nürəddin Şirin məlumat verib.
Belə ki, Mübarək Ramazan ayının son cümə günü 18 sentyabrda İsra Mədəniyyət Mərkəzi tərəfindən İstanbulda böyük tədbir keçiriləcək.
Bu tədbirdə Livan Hizbullahının surud qrupu Firqatul İsra da iştirak edəcəyi gözlənilir.
Tədbirə bir çox ölkədən həmçinin Azərbaycandan da qonaqların gəlməsi ehtimalı var.
Səadət Partiyasının Gənclik Təşkilatı da Batmanda, Erdem Derin Vanda, Fələstin könüllüləri Diyarbakır və Trabzonda tədbirlər keçirəcəyi bildirilir.
İstanbuldakı tədbirə İslam-Azeri.az internet qəzetinin Türkiyə müxbiri də qonaq kimi dəvət edilib.