İran Xəzərlə bağlı bütün toplantılarda iştirak edib və edəcək: “Aktauda keçiriləcək toplantıda iştirak etməməyimizin səbəbi bu tədbirin Xəzərlə bağlı olmaması idi
Xəzər Servisi/Aran Agentliyi
“Yeni Şərq”in APA-ya istinadən verdiyi məlumata görə, jurnalistlərə açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami deyib ki, “sahilyanı ölkələr Xəzərin hüququ statusunu müəyyənləşdirmək üçün əl-ələ veriblər. Bu məsələ 80 faiz həll olunub. Xəzərin sahilindəki ölkələr bir-biri ilə dostdur və kənardan heç bir ölkənin təsiri olmadan bu məsələni öz aralarında həll edə bilərlər”.
Səfir bildirib ki, İran Xəzərlə bağlı bütün toplantılarda iştirak edib və edəcək: “Aktauda keçiriləcək toplantıda iştirak etməməyimizin səbəbi bu tədbirin Xəzərlə bağlı olmaması idi. Bizə bildirdilər ki, görüş Xəzərlə bağlı deyil, ona görə də ora qatılmadıq. İranın iştirakı olmadan Xəzərlə bağlı heç bir toplantı ola bilməz”.